Bərpa Olunan Enerji Mənbələrindən İstifadəyə Hazirliğın Qiymətləndirilməsi: Azərbaycan Respublikası


December 2019
ISBN : 978-92-9260-163-8

Bir halda ki Azərbaycan öz iqtisadiyyatını şaxələndirməyə çalışır, səmərəli və dayanıqlı enerji sisteminin yaradılması tədbirləri prioritet məsələyə çevrilmişdir. Bərpa olunan enerji mənbələrinə əsaslanan enerji sistemi sosial-iqtisadi faydalar verəcək, innovativ texnologiyaların tətbiqinə kömək edəcək və milli iqlim hədəflərinə nail olmaq üçün aşağı karbonlu yanaşmaları təmin edəcəkdir.

Available in English / İngilis dilində mövcuddur 

Bərpa Olunan Enerji Mənbələrindən İstifadəyə Hazırlığın Qiymətləndirilməsi (RRA) Azərbaycanın qanunvericilik və tənzimləmə çərçivəsinin təkmilləşdirilmə potensialını və habelə bərpa olunan enerji mənbələrinin maliyyələşdirmə variantlarını göstərir. Hazırda neft və qaz resurslarından asılı olmasına baxmayaraq, ölkənin geniş külək və günəş enerjisi ehtiyatları, biokütlə, geotermal və hidroenergetikanın inkişafı üçün mühüm perspektivləri var.

Azərbaycan Respublikasının Energetika Nazirliyi bu tədqiqatı Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (İRENA) ilə birlikdə, bərpa olunan enerji sahəsinə gələcəkdə investisiyalarının əsasını qoymaq üçün aparmışdır.

Əsas tövsiyələr:

  • Bərpa olunan enerji mənbələri haqqında qanunun qəbul edilməsi
  • olunan enerji mənbələrindən istifadəyə icazələrin verilməsi proseduralarının sadələşdirilməsi
  • Bərpa olunan enerji üçün satınalma prosesinin təkmilləşdirilməsi
  • Zəmanətli alıcı ilə bağlı risklərin aradan qaldırılması üçün xüsusi maliyyələşdirmə mexanizminin yaradılması
  • Standart Elektrik enerjisinin Satınalma Müqaviləsinin (PPA) tətbiqi
  • Dəyişkən bərpa olunan enerji mənbələri üçün (günəş və külək enerjisi) uzunmüddətli inkişaf ssenarilərinin işlənib hazırlanması
  • Günəş və külək enerjisi qurğularının şəbəkəyə qoşulması standartlarını əhatə edən Şəbəkə Məcəlləsinin hazırlanması və tətbiqi
  • Məlumatlılığın artırılması və bacarıqların gücləndirilməsi üçün strategiyanın hazırlanması
  • Bərpa olunan enerji mənbələri sahəsində uzunmüddətli hədəflərin qəbul edilməsi

Tövsiyələr Energetika Nazirliyinin, dövlət qurumlarının, beynəlxalq təşkilatların və ekspertlərin nümayəndələri ilə görüşdə müzakirə edildi. Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov Azərbaycanla İRENA arasında səmərəli əməkdaşlıq əlaqələrindən danışaraq, bu layihəni əməkdaşlığın uğurlu nəticəsi kimi qiymətləndirib və ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsinin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.